“Real”ın hücumçusu “Atletiko” ilə oyunu buraxacaq

İspaniyanın “Real” komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Mariano Dias zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu budundan zədələnib. Dias zədə səbəbindən La Liqanın 26-cı turu çərçivəsində “Atletiko”ya qarşı keçiriləcək səfər matçını buraxacaq.

Diasın bərpa müddəti açıqlanmayıb. 2018-ci ildən “Real”da çıxış edən hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub.

“Atletiko” – “Real” matçı martın 7-də keçiriləcək.