“Real”ın ötən mövsümdəki gəliri açıqlandı

İspaniyanın “Real” klubunun maliyyə hesabatı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “kral klubu”nun 2019/20 mövsümünü 320 milyon avro gəlirlə başa vurduğu bildirilib. Bu, “Real” üçün elə də əhəmiyyətli bir rəqəm deyil.

Madrid klubunun cari mövsümdəki büdcəsi 620 milyon avro olub. “Real” rəhbərliyi koronavirus pandemiyasına görə gəlirlərin azalacağını düşünərək, büdcəni azaldıb. Bununla yanaşı, həm futbol, həm də basketbol komandasının oyunçularının məvacibləri də 10 faiz azaldılıb.

“Real” 2019/20 mövsümündə “Barselona”nı 5 xal qabaqlayaraq, çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button