Hazard üçün 40 milyon avro ödəməyə hazırdırlar

İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Nyukasl” belçikalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçisi Hazard üçün 40 milyon avro ödəməyə hazırdır. “Real” 30 yaşlı oyunçunu satmağa müsbət yanaşır.

Hazard bu mövsüm “Real”la 11 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button