“Fiorentina” “Real”la razılaşdı

İspaniyanın “Real” klubunun futbolçusu Alvaro Odriosola karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə “Fiorentina” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası klubu Odriosolanı icarəyə götürmək üçün “Real”la razılıq əldə edib. “Fiorentina” müdafiəçinin özü ilə danışıqları davam etdirir.

Odriosolanın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button