“Real”ın Çempionlar Liqası matçı bir dəqiqəlik sükutla başlayacaq

İspaniyanın “Real” klubunun “Atalanta” ilə səfərdə keçirəcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı bir dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. “Atalanta”nın futbolçusu Villi Ta Binin vəfat etməsi ilə əlaqədar qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq.

Villi Ta Bi 2019-cu ildən “Atalanta”da çıxış edirdi. O, bir müddət İtaliyada “Peskara” klubunda da icarədə olub. Dünən vəfat edən mərhum futbolçu qaraciyər xərçəngindən əziyyət çəkirdi.

“Atalanta” – “Real” matçı bu gün, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button