“Real” sponsor axtarışında – ərəblərlə görüş keçirildi

İspaniyanın “Real” klubu özünə yeni sponsor axtarır.

Komanda.az xəbər verir ki, Madrid klubu Səudiyyə Ərəbistanı şirkəti ilə danışıq aparır. Bu barədə “The Times” nəşri məlumat yayıb.

Xəbərdə, “Real”ın nümayəndələrinin şirkətlə 10 illik əməkdaşlıq məsələsini müzakirə etdiyi bildirilib. Müqavilədə şirkətin “kral klubu”nun qadın komandasına sponsorluq etmək imkanı da nəzərdən keçirilib.

“Real” İspaniya La Liqasında 2-ci sıradadır.