“Real” onu komandada saxlamaq istəyir

İspaniyanın “Real” klubu müdafiəçisi Rafael Varanı komandada saxlamaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Kral klubu” komandadan ayrılmaq istəyən fransız müdafiəçini buraxmaq niyyətində deyil. Buna səbəb, kapitan Serxio Ramosun klubdakı gələcəyinin qeyri-müəyyən olmasıdır.

Madrid klubu, Serxio Ramos komandadan ayrılsa, Varanın gedişinə icazə verməyəcək. Fransız müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.