“Real” Ramosla razılığa gəldi

İspaniyanın “Real” klubu futbolçusu Serxio Ramosun müqaviləsinin müddətini artıracaq.

Komanda.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb. Xəbərdə, “kral klubu”nun 34 yaşlı müdafiəçi ilə razılığa gəldiyi bildirilib.

“Real” Ramosla müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq. Kapitan bu müqavilə ilə illik 12 milyon avro qazanacaq.

Ramos 2005-ci ildən “Real”da çıxış edir. Onun “kral klubu” ilə müqaviləsi mövsümün sonuna qədərdir.