Milli komandalar oynadı, “Real”ın futbolçuları sıradan çıxdı

İspaniyanın “Real” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları – Luka Modriç və Qaret Beyl zədələnib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Modriç və Beyl Uels – Xorvatiya oyununda (1:1) zədələnib. Uels millisinin kapitanı Beyl oyunun sonlarında axsasa da, əvəzetmə limiti dolduğu üçün meydanda qalıb. Modriç isə qarşılaşmanın 90-cı dəqiqəsində Milan Badeliylə əvəzlənib.

Hər iki futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.