“Real”da ciddi itki – mövsümü bitirdi

İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Lukas Vaskes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 30-cu turunun “Barselona” ilə matçında (2:1) zədələnən Vaskes mövsümün qalan hissəsini buraxmalı olacaq.

Vaskes bu mövsüm La Liqada 24 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button