“Real”ın zədəlisi daha 3 həftə olmayacaq

İspaniyanın “Real” klubunun zədəli futbolçusu Ferland Mendi daha bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, fransalı müdafiəçinin daha 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Mendi may ayından bəri futbol oynamır.