La Liqa klubunun futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Qranada” klubunun futbolçusu Xesus Valyexo koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 23 yaşlı müdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib. Valyexo karantinə alınıb.