Soldado koronavirusa yoluxdu

İspaniyanın “Qranada” klubunun futbolçusu Roberto Soldado koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 35 yaşlı hücumçunun koronavirus testinin müsbət çıxdığı və həkim nəzarətinə alındığı bildirilib.