“Malaqa”da maliyyə problemi – federasiyaya müraciət edildi

İspaniyanın “Malaqa” klubu Sequndanın 11-ci turu çərçivəsində “Kadis”lə qarşılaşacağı oyunun təxirə salınmasını istəyir.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “Malaqa” bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. Bu tələbə səbəb, “Malaqa”nın heyətində kifayət qədər futbolçuların olmamasıdır.

Maliyyə problemləri yaşayan “Malaqa” mövsümün əvvəlində Sequnda üçün 17 futbolçu sifariş etmişdi.

“Malaqa” Sequndada 10 turdan sonra 8 xalla 19-cu sıradadır.