Seksual məzmunlu videosu yayılan baş məşqçi qovuldu – “Şantaj edib, pul istəyirlər”

İspaniyanın “Malaqa” klubu baş məşqçisi Viktor Sançeslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sançesin vəzifəsindən göndərilməsinə səbəb onun sosial şəbəkələrdə seksual məzmunlu videosunun paylaşılması olub. 43 yaşlı mütəxəssis bu hadisələrlə bağlı rəsmi “tvitter” hesabında məlumat yayıb:

“Şəxsi həyatıma çox müdaxilə edirlər. Məni şantaj edib, pul istəyirlər. Videonu internetdə yayan hər kəsi qınayıram. Bunu edən hər kəs cinayət törətmiş hesab olunur. Daha deyəcək bir şeyim yoxdur. Çünki ciddi bir şey etməmişəm”.

Sançes 2019-cu ilin aprelindən “Malaqa”nı çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button