Peresin növbəti səs yazısı: “Ronaldo axmaq və xəstədir”

İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin növbəti səs yazısını yayıb.

Komanda.az xəbər verir ki, 2012-ci ilə aid olan səsyazmada, Peres komandanın sabiq hücumçusu Kriştiano Ronaldonu və baş məşqçi Joze Mourinyonu tənqid edib:

“Ronaldo dəlidir, bu adam axmaq və xəstədir. Bu adamın normal olduğunu düşünürsüz, ancaq o dəli olub. Yoxsa bütün bu şeyləri etməzdi.

Bunlar dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanıb. Gerçəyi görmürlər, çünki fərqli davransalar, daha çox pul qazana bilərlər.

Mourinyo bir axmaqdır. Bir az anormaldır. Sürücülük hüququ olmadan avtomobil idarə edir. Bununla yanaşı, təzyiq altında əzildi”.

“El Confidencial” nəşri daha əvvəl Florentino Peresin “Real Madrid”in sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi təhqir etdiyi audioyazı yaymışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button