Baş nazirdən La Liqayla bağlı açıqlama

İspaniyanın baş naziri Pedro Sançes koronavirusa görə dayandırılmış La Liqanın bərpasıyla bağlı danışıb.

Komanda.az xəbər verir ki, TMW-yə açıqlama verən Sançes, futbolun yenidən başlayacağına ümid etdiyini deyib:

“Ümid edirəm ki, futbol tezliklə geri qayıdar. La Liqanın bərpa olunması liqa və federasiya rəhbərliyinin verəcəyi qərara bağlıdır. Hazırda La Liqada mövsümü oynayaraq bitirməyə inam var”.

La Liqa martın 12-dən təxirə salınıb.