Luis Suares yaşıl meydanlara qayıdacağı vaxtı açıqladı

İspaniyanın “Barselona” klubunun zədəli hücumçusu Luis Suares vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan uruqvaylı hücumçu, La Liqa başlayanda oynamağa hazır olacağını deyib:

“Açığı, daha tez sağalmaq istəyirdim. Həkim yaxşı olduğumu və qısa zamanda geri qayıda biləcəyimi bildirib. Komandam meydana qayıdanda mən də oynamağa hazır olacam”.

Koronavirus pandemiyasına görə İspaniya La Liqası martın 11-dən təxirə salınıb.

Luis Suares yanvarda dizindən əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button