İspaniyanın “Barselona” klubunun yeni prezidenti Xuan Laporta açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı funksioner, komandanın kapitanı Lionel Messinin gələcəyiylə bağlı danışıb:
“Messi ilə danışacam. Onu komandada qalacağına inandıra biləcəm? Bu, özündən asılıdır. Onu burda saxlamaq üçün klubun maddi imkanları daxilində hər şeyi edəcəm”.
Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.