“Barselona”nın sabiq prezidenti saxlanıldı

İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Maria Bartomeu saxlanılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb. Xəbərdə, 58 yaşlı keçmiş funksionerin bu gün səhər saatlarında saxlanıldığı bildirilib. Bartomeu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilir.

Bartomeu ilə yanaşı, “Barselona” klubunun baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti və keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Bartomeu ötən ilin oktyabrında prezident postundan istefa vermişdi.

Kataloniya polisi səhər saatlarından “Barselona”nın ofislərində araşdırma aparıb.