Kumanın gələcəyi 3 oyuna bağlıdır

İspaniyanın “Barselona” klubunun rəhbərliyi komandanın baş məşqçisi Ronald Kumanla yolları ayırmağı hələ düşünmür.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi La Liqanın 10-cu turunda “Real”a məğlubiyyəti əvvəlcədən gözləyirmiş və 1:2 hesablı nəticə onlar üçün sürpriz olmayıb.

Klub rəhbərliyi Kumana daha 3 oyunluq şans verəcək. Qarşıdakı oyunların nəticələrindən sonra niderlandlı mütəxəssislə yenidən görüş keçiriləcək.

“Barselona” bu müddət ərzində La Liqada “Rayo Valyekano” və “Alaves”, Çempionlar Liqasında isə “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

“Barselona” La Liqada 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button