“Barselona” futbolçusunu 10 milyon avroya satdı – rəsmi

İspaniyanın “Barselona” klubunun futbolçusu Mark Kukurelya “Xetafe”yə transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Xetafe” 21 yaşlı yarımmüdafiəçi üçün “Barselona”ya 10 milyon avro ödəyəcək.

“Barselona” ispan futbolçunun növbəti satışından 10 faiz gəlir əldə edəcək.

Ötən ilin yayında icarə əsasında “Xetafe”yə keçən Kukurelya bu mövsüm La Liqada 31 oyunda iştirak edib.