“Barselona”nın futbolçusu əməliyyat olundu

İspaniyanın “Barselona” klubunun futbolçusu Mark-Andre ter Ştegen əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı dizindən uğurlu əməliyyat keçirib.

Ter Ştegen bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 42 oyuna çıxıb.

Qapıçı əməliyyat olunduğu üçün Almaniya millisi ilə AÇ-2020-də iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button