Ansu Fatiyə Premyer Liqa klublarından təklif

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati İngiltərə klublarından təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Bəli, Premyer Liqa klublarından təkliflər var idi, amma mənim xəyalım burda qalmaqdır.

İlk gündən menecerim Jorje Mendeşə əsas seçimimin “Barselona”da qalmaq olduğunu demişəm və o, məni yaxşı başa düşüb. Klub rəhbərliyi mənə güvəndiyi üçün xoşbəxtəm”.

Fati “Barselona” ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalayıb.