“Barselona”da prezident seçkilərinin vaxtı açıqlandı

İspaniyanın “Barselona” klubunda prezident seçkilərinin vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Barselona”da prezident seçkiləri martın 20-21-də keçiriləcək.

Seçkilər müxtəlif yerlərdə keçiriləcək və poçt vasitəsilə də səsvermə mümkün olacaq.

“Barselona”nın hazırkı prezidenti Xosep Maria Bartomeu bu dəfə namizədliyini irəli sürməyəcək. Çünki o, ardıcıl iki dəfə bu vəzifəyə seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button