“Barselona”da prezident seçkilərinin vaxtı açıqlandı

İspaniyanın “Barselona” klubunda prezident seçkiləri keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, seçkilərin 2021-ci il 24 yanvarda gerçəkləşəcəyi bildirilib.

“Barselona”da ötən ay klubun prezidenti Xosep Bartomeu istefa vermişdi. Hazırda bu vəzifəni müvəqqəti olaraq Karles Tuskets icra edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button