Dembele: “Susmaqla səhv etdim”

İspaniyanın “Barselona” klubunda əsas komandadan kənarlaşdırılan vinger Osman Dembele açıqlama verib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu komandadan uzaqlaşdırılması ilə bağlı “instaqram”da fikirlərini paylaşıb:

“Buraya gəldiyim gündən mənim haqqımda şayiələr var olub. Hər zaman mənə zərər vermək istəyiblər. Heç vaxt böhtanlara cavab verməmişəm. Düzdür, susmaqla səhv etdim. Bu gün vicdanla hər şeyə cavab verirəm. Hər insan kimi mən də səhv edə bilərəm. Bir məşqə belə çıxmadan oynadığım vaxtlar olub. Oyna deyiblər, razılaşmışam.

Klubla müqaviləm var və hələ buradayam. Hər zaman azarkeşlər, komanda üçün daha yaxşı oynamağa çalışmışam. Mənim haqqımda mənfi rəylər yaradan hər kəsi qınayıram.

Klubla danışıqlarım davam edir. Menecerim bu işlə məşğul olur. Mənim işim futbol oynamaqdır”.