“Barselona” yayda hərəkətə keçəcək – “İnter”in futbolçusu üçün

İspaniyanın “Barselona” klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “İnter”dən Alessandro Bastonini heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 21 yaşlı müdafiəçi ilə yayda uzunmüddətli müqavilə imzalamaq istədiyi bildirilib.

“İnter” isə Bastonini komandada saxlamaq niyyətindədir. “Neradzurra” müdafiəçisini azı 60 milyon avro qarşılığında satmağa razıdır.

Bastoni 2017-ci ildən “İnter”də çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bastoni bu mövsüm A Seriyasında 20 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Alessandro İtaliya milli komandasına da dəvət alır.