Yalnız 3 futbolçu maaşlarının azaldılmasına razıdır – “Barselona”da

İspaniyanın “Barselona” klubu koronavirus pandemiyası səbəbindən yaranan maliyyə sıxıntılarına görə futbolçuların maaşlarının azaldılmasını nəzərdən keçirir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun yalnız üç futbolçusu məvacibinin azaldılmasına razıdır. Bunlar Frenki de Yonq, Kleman Lanqle və Mark-Andre ter Ştegendir. Qalan futbolçular isə maaşlarının azaldılmasını istəmir.

“Barselona” rəhbərliyi maliyyə vəziyyəti sabitləşənə qədər futbolçulardan müqavilə üzrə ödənişlərinin təxirə salınmasını istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button