“Barselona”da 19 yaşlı hücumçu

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “San-Paulu”dan Qustavo Mayanın keçidini həll edib. Bu barədə “sport.es” saytı məlumat yayıb.

“Barselona” 19 yaşlı hücumçunun transferində “San-Paulu” ilə 4,5 milyon avro qarşılığında razılaşıb. Kataloniya təmsilçisi 1 milyon avronu artıq ödəyib, qalan 3,5 milyonu isə mövsümün sonuna qədər ödəyəcək.

Maya “Barselona” ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayacaq.