“Barselona” 3-cü dəfə Çempionlar Liqasını qazandı

İspaniyanın “Barselona” klubu futzal üzrə Çempionlar Liqasının qalibi olub.

Komanda.az xəbər verir ki, Kataloniya klubu final matçında İspaniyanın digər təmsilçisi “El Paso” ilə qarşılaşıb. Həlledici görüş “Barselona”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.

“Barselona” klubu futzal üzrə Çempionlar Liqasında 3-cü dəfə kubokun sahibi olub. Kataloniyalılar bunadək iki dəfə – 2012 və 2014-cü ildə bu turnirin qalibi olub.