“Barselona” Arsen Vengerə baş məşqçilik təklif edib

İspaniyanın “Barselona” klubu fransız mütəxəssis Arsen Vengeri baş məşqçi postuna gətirmək istəyib.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Le10sport” portalı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 71 yaşlı mütəxəssisə baş məşqçilik təklif etdiyi, amma “yox” cavabı aldığı bildirilib.

Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.

“Barselona”nın hazırkı baş məşqçisi Kike Setyendir.