“Barselona”da daha bir itki

İspaniyanın “Barselona” klubu daha bir itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pedri Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Bayern”lə (Almaniya) matçında (3:0) zədələnib. İspan futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Barselona”da bundan əvvəl Jordi Alba zədələnmişdi.