“Barselona” üçün müflis olmaq təhlükəsi

İspaniyanın “Barselona” klubu ciddi maliyyə problemi ilə üzləşib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən Kataloniya klubu müflis ola bilər.

“Barselona”da 2021-ci ilin əvvəlinə qədər futbolçuların məvaciblərinə görə ayrılan vəsaitin 190 milyon avro azaldılması lazımdır. Klub futbolçularla razılaşa bilməsə, müflisləşmək təhlükəsi ilə üz-üzə qalacaq.

“Barselona”da bir müddət əvvəl bəzi futbolçular maaşlarının azaldılması fikrinə qarşı çıxmışdı.