“Barselona” daha 5 milyon avro ödədi – Dembele üçün

İspaniyanın “Barselona” klubu Almaniya “Borussiya”sına (Dortmund) Osman Dembele üçün daha 5 milyon avro ödəyib.

Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. “Barselona”nın ümumilikdə Dembele üçün ödədiyi transfer məbləği 130 milyon avronu keçib.

Dembele 2017-ci ildə 105 milyon avro təzminat qarşılığında “Borussiya”dan “Barselona”ya keçib. Kataloniya təmsilçisi bonuslarla birlikdə Dortmund təmsilçisinə 148 milyon avro ödəməlidir.

Fransa millisinin də üzvü olan Dembele, “Barselona”da 83 matça çıxıb. Hücumçu bu mövsüm 6 oyunda iştirab edib və 1 qol vurub.