Simeonedən Messi etirafı

İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone yayda “Barselona”dan ayrılan Lionel Messinin heyətə cəlb olunmasını istədiyini etiraf edib.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis, bu barədə İspaniya mətbuatına açıqlamasında deyib:

“Messiyə özüm zəng vurmadım, bunu Luis Suaresdən istədim. Ona Messidən “Atletiko”ya keçmək ehtimalının olub-olmadığını soruşmasını xahiş etdim. Ancaq qısa zaman sonra PSJ Messiylə müqavilə imzaladığını açıqladı”.

Messi Fransanın PSJ klubu ilı 2+1 illik müqavilə imzalayıb.