Qrizmannın cəzası açıqlandı

İspaniyanın “Atletiko” klubunun Çempionlar Liqasında “Liverpul”a qarşı keçirilən matçda (2:3) qırmızı vərəqə alan futbolçusu Antuan Qrizmannın cəzası məlum olub.

Komanda.az xəbər verir ki, UEFA, fransalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qrizmann Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də “Milan”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button