“Atletiko” Kavaniylə bağlı qərarını verdi

İspaniyanın “Atletiko” klubu PSJ-nin futbolçusu Edinson Kavaniylə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi 33 yaşlı uruqvaylı hücumçunun transferindən imtina edib. Buna səbəb, Kavaninin “Atletiko”dan yüksək maliyyə şərtləri ilə müqavilə istəməsi olub.

Kavaninin PSJ ilə müqaviləsinin müddəti bu gün sona çatır. Hücumçunun Paris klubundan ayrılacağı açıqlanıb.