“Atletiko”nu gözləyən 200 milyon avroluq təhlükə

İspaniyanın “Atletiko” klubu koronavirus pandemiyasına görə ciddi maliyyə problemiylə üz-üzədir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Atletiko” rəhbərliyi koronavirusun yaratdığı maliyyə sıxıntısına görə növbəti il büdcəsini 100 milyon avro azaldacaq. “Hindular” yeni mövsümdə Çempionlar Liqasında iştirak etməsə, klub rəhbərliyi büdcəni daha 100 milyon avro aşağı salacaq.

Hazırda koronavirusa görə dayandırılan La Liqada 7-ci yerdə olan “Atletiko”, ÇL-ə getmək üçün, mövsüm davam edəcəyi halda, ilk 4 sırada olmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button