“Atletiko”da fransız futbolçu – razılıq əldə olundu

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Valensiya”dan Joffrey Kondoqbianı transfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, 27 yaşlı yarımmüdafiəçinin “Atletiko” üçün tibbi müayinədən keçdiyi bildirilib. Madrid təmsilçisi Kondoqbia üçün “Valensiya”ya 11 milyon avro ödəyəcək.

Keçidin noyabrın 5-nə qədər rəsmən açıqlanacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button