“Atletiko”da Suares şoku

İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luis Suares zədələnib. Bu barədə AS nəşri məlumat yayıb. Uruqvaylı futbolçu komandanın son məşqində zədələnib. Suaresin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Atletiko” La Liqada 69 xalla liderdir. Suares bu mövsüm çempionatda 26 oyunda 19 qol vurub.