“Barselona”nı məğlub edib, tarixə düşdü

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Marselino Qarsiya Toral tarixə düşüb.

Komanda.az “Opta”ya istinadən  xəbər verir ki, İspaniya superkubokunun həlledici oyununda “Barselona”nı 3:2 hesabıyla məğlub edən “Atletik”in çalışdırıcısı Toral, ardıcıl iki finalda “Barselona”nı məğlub etməyi bacaran ilk baş məşqçi olub.

İspan mütəxəssis 2019-cu ildəki İspaniya superkuboku matçında “Valensiya” ilə “Barselona”nı məğlub etmişdi.

Toral bu ilin yanvarında “Atletik”ə baş məşqçi təyin olunub.