2 dəfə “xərçəng”ə qalib gəldi, 7 illik müqavilə imzaladı

İspaniyanın “Atletik” klubu futbolçusu Yeray Alvaresin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Bilbao təmsilçisi 24 yaşlı müdafiəçi ilə yeni – 7 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alvaresin sərbəst qalma məbləği 70 milyon avro müəyyənləşdirilib.

Son 3 ildə iki dəfə xərçəng xəstəliyinə tutulan Alvares, aldığı müalicələrdən sonra xəstəliklə mübarizədən qalib ayrılıb. Müalicələrinə görə 2017/18 mövsümünün böyük bir qismində iştirak edə bilməyən müdafiəçi, son mövsümdə 32 oyunda forma geyinib.