Qutinin komandasında koronavirus şoku – məşqlər dayandırıldı

İspaniyanın “Almeriya” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxmuş şəxsin kimliyi açıqlanmayıb və komanda məşqlərini dayandırıb.

“Almeriya” klubu La Liqaya vəsiqə uğrunda “Jirona” ilə pley-off matçı oynamalıdır. İki oyundan ibarət olan qarşılaşmalar avqustun 13 və 16-da keçirilməlidir.

“Almeriya”nı “Real”ın sabiq futbolçusu Quti Hernandes çalışdırır.