Azərbaycan millisinin üzvü cəzalandırıldı

İspaniyanın “Albasete” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Eddi İsrafilov cəzalandırılıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Sequndanın 20-ci turunun “Rayo Valyekano” ilə matçında qırmızı vərəqə alan Eddi 2 oyunluq diskvalifikasiya olunub. 27 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 45+4-cü dəqiqəsində rəqibin oyunçusunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

“Rayo Valyekano” – “Albasete” matçı yarıda qalıb. Belə ki, ilk hissənin sonlarında, hesab 0:0 olarkən “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli fanatlar tərəfindən təhqir olunub, faşist şüarları səsləndirilib. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.