Yayda “Arsenal”dan ayrılacaq – PSJ və “Barselona” maraqlanır

İspaniyalı müdafiəçi Hektor Belerin “Arsenal”dan ayrılmaq istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonunda “topçular”ı tərk edəcək.

Belerin mövsümün əvvəlində komandanı tərk etmək istəsə də, baş məşqçi Mikel Arteta onun gedişinə icazə verməmişdi. İspan mütəxəssis həmyerlisinin yayda komandadan ayrılmasına problem yaratmayacaq.

Belerinlə Fransanın PSJ və İspaniyanın “Barselona” klubu maraqlanır. “Barselona”nın yetirməsi olan müdafiəçi 2012-ci ildən “Arsenal”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button