İspaniyalı tanınmış basketbolçu karyerasını bitirdi

İspaniyalı məşhur basketbolçu Pau Qazol karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 41 yaşlı idmançı özü açıqlama verib. O, basketbolçu kimi peşəkar karyerasını sonlandırdığını bildirib.

Qazol 1999-2001 və 2021-ci illərdə İspaniyada “Barselona” klubunda çıxış edib. O, Amerika Milli Basketbol Assosiasiyasında (NBA) “Memfis Qrizzlis”, “Çikaqo Bullz”, “San-Antonio Spörs”, “Miluoki Baks”da forma geyinib. Qazol NBA-da 1362 oyun keçirib. Qazol İspaniya yığması ilə 1 dəfə dünya, 3 dəfə Avropa və 2 dəfə olimpiya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button