“İspaniyadan nə qədər tez ayrılsaq, o qədər yaxşıdır”

İspaniyada təlim-məşq toplanışında olan “Uhan Çjoer” klubu Çinə qayıdır.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xose Qonsales açıqlama verib. Qonsales, qayıdışlarını martın əvvəlinə planladıqlarını, ancaq koronavirus pandemiyasına görə qayıda bilmədiklərini deyib:

“Martın əvvəlində qayıtmalıydıq, ancaq koronavirus pandemiyasına görə planımızda dəyişiklik etdik. İndi Çində hər şey qaydasındadır. Yəqin ki, çempionat da mayın əvvəlində başlayacaq.

Çinə getdikdən sonra 15 gün karantində qalacağıq. İspaniyadan nə qədər tez ayrılsaq, o qədər yaxşıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button