“Real”ı məğlub etmək hər zaman bir zövqdür” – Toral

İspaniya superkubokunun yarımfinalında “Real”ı məğlub edən “Atletik”in baş məşqçisi Marselino Qarsiya Toral açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Möhtəşəm hisslər keçiririk. “Real”ı məğlub etmək hər zaman bir zövqdür. Futbolçularım çox diqqətli oynadılar və xarakter göstərdilər. Komandamdan çox razıyam. “Atletik” 11 oyun idi ki, “Real”a qalib gələ bilmirdi. Futbolçularımın gördüyü işin daha da yaxşılaşmasına sevinirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button