Zidandan 1:2-yə şərh: “Bu, uğursuzluq deyil”

İspaniya superkubokunun yarımfinalında “Atletik”ə məğlub olaraq, turnirlə vidalaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, fransalı mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Bu, uğursuzluq deyil. Uğursuzluq komandanın nəyəsə cəhd etməməsi, mübarizə aparmamasıdır. Həyat belədir, həmişə qazana bilməzsən. Hər oyunda qələbə üçün çalışırq, ancaq həmişə alınmır”.